Bakı. Trend:
Rusiyada COVID-19 patogeninin immunitetdən yayınma qabiliyyətinə malik variantları daha çox rast gəlinir. Bu, sentyabrın əvvəllərində xəstəlik hallarının artımına səbəb olub.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal İstehlakçı Hüquqlarının və İnsan Sağlamlığının Mühafizəsi üzrə Nəzarət Xidməti (Rospotrebnadzor) malumat yayıb.
Molekulyar-genetik monitorinq məlumatlarına əsasən, son 2-3 həftə ərzində ölkədə yeni koronavirus ştammlarının KP.3 və LB.1 variantlarının nisbi çəkisi 2,5 dəfə artıb. Bu ştammlar FLiRT sublinyasına aid edilir.
“Bu variantlar virusun immun sisteminin təsirindən yayınmasına imkan verən xüsusi mutasiyaları ehtiva edən şişkin proteinlərə sahibdir. Eyni zamanda hüceyrələri effektiv şəkildə infeksiyaya məruz qoyma bacarığını qoruyur”, – məlumatda bildirilir.
Koronavirus infeksiyası ilə mübarizə üzrə operativ qərargahın məlumatına görə, keçən həftə Rusiyada COVID-19 xəstəliklərinin sayı 17,3% artıb.