Bakı. Trend:
Rusiyanın Altay bölgəsində yüngül motorlu şəxsi təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, təyyarədə yalnız pilot olub və qəza nəticəsində o, həyatını itirib.
Hadisə yerinə yanğınsöndürmə və xilasetmə orqanları cəlb olununb.