Bakı. Trend:
Polşanın cənub bölgəsində ciddi daşqınlar baş verib və ordu xilasetmə əməliyyatlarına cəlb edilib.
Trend xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb. Bildirilir ki, Skosnaya və Helmonski küçələrində suyun hündürlüyü bir metrə qədər çatıb. Şəhərin meriyası, vəziyyətin ciddi olması səbəbindən şəhərə girişləri bağlamağa qərar verib.
Məlumatda qeyd olunur ki, daşqınlar güclü yağışların nəticəsində yaranıb və bu, yerli hakimiyyət orqanlarının təxirəsalınmaz tədbirlər görməsinə səbəb olub.