...

Braziliya sahillərində gəmi batıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 00:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 15-də Braziliya sahillərində İtamarka adası yaxınlığında “Concordia” yük gəmisinin batması nəticəsində 5 nəfər itkin düşüb, 4 nəfər xilas edilib.

Trend bildirir ki, bu barədə Braziliya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, gəmi sentyabrın 14-də axşam saatlarında Atlantik okeanının İtamarka adasında yerləşən Resife şəhərindən çıxıb və sentyabrın 15-nə keçən gecə batıb. Hadisənin səbəbləri araşdırılır. Gəmidə 9 nəfər olub, onlardan 4-ü xilas edilib, daha 5 ekipaj üzvünün axtarışı davam etdirilir.

Braziliya səlahiyyətliləri insanların axtarışına köməklik göstərə bilmələri üçün hadisə ilə bağlı ərazidəki gəmiləri xəbərdar edib.

Xəbər lenti

Xəbər lenti