Bakı. Trend:
Myanmada "Yaqi" qasırğasının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 226-ya çatıb.
Trend xəbər verir ki, bu barədə Eleven media qrupu məlumat yayıb.
Rəsmilərin məlumatına görə, 77 nəfər itkin düşüb. Ümumilikdə ölkənin mərkəzi hissəsində, eləcə də şərq və şimal-şərqində yerləşən 56 yaşayış məntəqəsini su basıb.
Təbii fəlakət nəticəsində 320 mindən çox insan təxliyə edilib. Xilasetmə xidmətləri itkin düşənlərin axtarışını davam etdirir.