Bakı. Trend:
Reper və prodüser P.Diddy (əsl adı Şon Kombs) zorakılıq və insan alveri ittihamı ilə münsiflər heyəti tərəfindən ittiham olunduqdan sonra Nyu-York məhkəməsində nəzarətə götürülüb.
Trend xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Şon Kombs 2023-cü ildən bəri bir neçə dəfə zorakılıq və şantajda ittiham olunub.
Kombs 1969-cu ildə Nyu-Yorkda anadan olub. O, karyerasına 90-cı illərdə Puff Daddy, Diddy və P. Diddy təxəllüsü ilə çıxış edərək başlayıb. Repper, Grammy musiqi mükafatı aldığı debüt albomu No Way Out-dan (1997) sonra geniş şöhrət qazandı. Forbes jurnalı onun sərvətini 2022-ci ildə 1 milyard dollar dəyərində qiymətləndirərək onu Jay-Zdən sonra ikinci ən zəngin hip-hop sənətçisi edib.