Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə və suverenliyinə təhdid olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə Paşinyan Ümumdünya Erməni Sammitində çıxışı zamanı bildirib.
"Biz KTMT-dəki üzvlüyümüzü dondurmuşuq, yalnız ona görə yox ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliklərini yerinə yetirmir, həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, varlığına, suverenliyinə və dövlətçiliyinə təhdid yaradır", - N.Paşinyan qeyd edib.
Paşinyan Ermənistanın KTMT ilə münasibətlərində "dönüş nöqtəsi"nin yaxın olduğunu vurğulayıb.