Bakı. Trend:
Almaniya yüksək səviyyəli liderlər tərəfindən istifadə edilən üç yeni hökumət təyyarəsinə raketdən müdafiə sistemləri quraşdıracaq.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbır verir.
Məlumata görə, əsasən Almaniya prezidenti Frank-Valter Ştaynmayer, kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok tərəfindən istifadə edilən üç A350 təyyarəsinə raketdən müdafiə sistemləri quraşdırılacaq.