Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 4 üzvü məhv edilib.
Nazirlikdən terrorçulara qarşı əməliyyatların qətiyyətlə davam etdirildiyi bildirilib.