Bakı. Trend:
İsrailin Suriya paytaxtı Dəməşqin Mezza məhəlləsində yaşayış binasına endirdiyi zərbələr nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Suriya Müdafiə Nazirliyi öz "Facebook" səhifəsində yazıb.
Nazirlik bildirib ki, İsrail ordusu Colan təpələrindən üç raket atıb və Mezza məhəlləsindəki yaşayış və ticarət binasına zərbələr endirib.
Məlumata əsasən, hücum zamanı aralarında uşaq və qadınların da olduğu 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.