...

"The Jewish Press" ABŞ-nin ermənipərəst təşkilatlarını islamçılara dəstək verməkdə ittiham edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 18:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin ən böyük nəşri olan “The Jewish Press” ABŞ QHT-si Lemkin İnstitutunu islamçılara dəstək verdiyinə görə tənqid edib.

Trend xəbər verir ki, nəşrin müəllifləri məqalələrində QHT-lərin İsrail və Azərbaycana qarşı qərəzli yanaşmasına və qondarma “soyqırım”ları ilə bağlı əsassız ittihamlara diqqət çəkiblər.

“Etnik təmizləmə” və “soyqırımı” araşdırmaqla məşğul olduğunu iddia edən Lemkin İnstitutu İsraili sonuncuda ittiham edir və bununla da "Hizbullah" və HƏMAS cihadçılarının cinayətlərini ört-basdır edir”, - materialda deyilir.

Qeyd edilir ki, təşkilat İsrailin strateji tərəfdaşı olan Azərbaycana qarşı da eyni saxta ittihamlarla çıxış edib. O, Azərbaycanı 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatı zamanı “soyqırımı” törətməkdə ittiham edib.

Qeyd edək ki, Lemkin İnstitutu ermənipərəst baxışları, anti-Azərbaycan təbliğatı və ritorikası ilə tanınır.

Xəbər lenti

Xəbər lenti