...

Misirdə qatar toqquşması baş verib

Dünya xəbərləri Materials 13 Oktyabr 2024 14:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 20 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə EFE agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

“Toqquşma Qahirədən 250 km aralıda baş verib; ilkin məlumatlara görə, bir neçə vaqon kanala düşüb, 20 nəfər xəsarət alıb,” - deyə agentlik nazirliyin açıqlamasından sitat gətirir.

Hadisə yerinə 23 təcili tibbi yardım maşını göndərilib.

Xəbər lenti

Xəbər lenti