...

ABŞ-də qasırğaların fəsadlarının aradan qaldırılmasına 612 milyon dollar ayırılacaq

Dünya xəbərləri Materials 13 Oktyabr 2024 23:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika administrasiyası "Milton" və "Helen" qasırğalarının təsirinə məruz qalan ştatlarda onların nəticələrini aradan qaldırmaq üçün 612 milyon dollar ayıracaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

"Bir neçə gün ərzində 2 milyondan çox insan üçün elektrik enerjisi bərpa olundu və 43 ştatda və Kanadada on minlərlə kommunal xidmət işçisi dayanmadan işləyir, tezliklə daha çox insan elektrik enerjisinə sahib olacaq. Bu gün mən "Helen" və "Milton" qasırğalarının təsirinə məruz qalan əhaliyə dəstək olmaq üçün altı yeni qabaqcıl layihə üçün 612 milyon dollar maliyyələşdirmə elan etməkdən qürur duyuram", - deyə o qeyd edib.

Vəsaitlər zərər çəkmiş ərazilərin elektrik təchizatının bərpasına kömək edəcək, eləcə də regionun enerji sistemini yaxşılaşdıraraq, onu təbii fəlakətlərə daha davamlı edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti