...

Türkiyədə zəlzələ olub

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 10:12 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Elazığ vilayətində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 15 oktyabr saat 00:05-də Elazığın Sivrice rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 7 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Məlumatda AFAD və 112 qaynar xətlərinə hər hansı ziyan barədə məlumat daxil olmadığı bildirilib.

"Bütün qurumlarımız zəlzələnin təsirlərini yaxından izləyir", - qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti