Bakı. Trend:
Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma məntəqəsində partlayışa səbəb olmaqda şübhəli bilinən yük maşınının sürücüsü həbs edilib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, dörd nəfərin ölümü, beşinin isə yaralanması ilə nəticələnən hadisədə təhlükəsizliyə əməl etməyən şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə oktyabrın 12-də baş verib. Qaz sisterninin partlaması nəticəsində 4 nəfər ölüb. Ölənlərdən ikisi uşaq olub (5 və 6 yaşında).