...

Gürcüstan MSK parlament seçkilərini baş tutmuş elan etdi

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 22:23 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlamemt seçkilərini baş tutmuş elan edib.

Trend xəbər verir ki, bunu seçkilərdən sonra keçirilən brifinqdə MSK-nın sədri Georgi Kaladaraşvili bildirib.

“Bu gün bizim ölkəmiz və seçki administrasiyamız üçün tarixi gündür. Məhz bu gün biz ilk dəfə belə geniş miqyasda elektron səsvermə aparatlarını tətbiq etdik və günün sonunda əminliklə deyə bilərik ki, seçkilər baş tutmuş sayılır”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkilərində səsvermə baş tutub.

Seçkilərdə seçici fəallığı 58,94 faiz təşkil edib, 2 milyon 60 min 412 seçici səs verib.

Xəbər lenti

Xəbər lenti