...

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 29 Oktyabr 2024 07:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Rusiyanın üç ictimaiyyətlə əlaqələr agentliyinə və üç şəxsinə sanksiya qoyub.

Trend-in Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, "Sosial Dizayn Agentliyi" (SDA), "Struktura" və "Ano Dialoq" agentlikləri sanksiyalara məruz qalıb. Bu agentliklərin demokratiyanı zəiflətmək məqsədilə bir sıra müdaxilə əməliyyatları həyata keçirməyə çalışdığı qeyd edilib.

Sanksiya tətbiq olunan şəxslər arasında SDA-nın təsisçisi İlya Qambaşidze, SDA-nın icraçı direktoru və “Struktura”nın sahibi Nikolay Tupıkin, eləcə də SDA-nın layihə direktoru Andrey Perla yer alır.

Xəbər lenti

Xəbər lenti