Bakı. Trend:
Uqandada qaçqın düşərgəsinə ildırım vurması nəticəsində azı 14 uşaq ölüb, 30-dan çox uşaq yaralanıb.
Trend xəbər verir ki, bu barədə BBC yerli polisə istinadən məlumat yayıb. Hadisə şənbə günü Cənubi Sudandan olan 80 mindən çox qaçqının saxlandığı Lamvodakı Palabek düşərgəsində baş verib.
Məlumata görə, ildırım mərasim zamanı kilsəni vurub, nəticədə 34 nəfər yaralanıb. Yaralıların müalicəsi ilə bağlı tədbirlər görülür.