Bakı. Trend:
Noyabrın 10-da Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən Seyyidə Zeynəb bölgəsində partlayışlar baş verib.
Trend xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin bölgəyə yenidən hücum təşkil etdiyini açıqlayıb.
Məlumata görə, yaşayış binalarının raket atəşinə tutulması nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.