Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin müzakirələri dayandırılmayıb, proses təkliflər və müzakirələr məntiqində irəliləyir.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə sülh sazişi prosesinin hansı mərhələdə olduğu ilə bağlı suala cavab verərkən bildirib.
"Proses dayandırılmayıb. Bakıda COP29 tədbirinin keçirilməsi ilə bağlı müəyyən müddətlik fasilə yaranmışdı,
Azərbaycan tərəfi bunun iş yükü ilə əlaqədar olduğunu bildirdi. Lakin biz müsbət mərhələdəyik və təklif-müzakirə-təklif məntiqində irəliləyirik. Müsbət dinamika var", – deyə A.Simonyan vurğulayıb.