Bakı. Trend:
Fransa Milli Assambleyası Mişel Barnier hökumətinə etimadsızlıq barədə qətnamənin lehinə səs verib.
Trend xəbər verir ki, bu qərarı 331 deputat dəstəkləyib. Milli Assambleyanın sədri Yael Bron-Pivet bildirib ki, Fransa Konstitusiyasına əsasən, Mişel Barnier respublika prezidentinə istefa ərizəsini təqdim etməyə məcburdur.
Qeyd edək ki, etimadsızlıq qətnaməsinin qəbul edilməsi üçün 577 deputatdan ən azı 289-nun səsi lazım idi.