...

Tbilisidəki Rustaveli prospektində etiraz aksiyası başa çatıb

Dünya xəbərləri Materials 5 Dekabr 2024 06:12 (UTC +04:00)
Tbilisidəki Rustaveli prospektində etiraz aksiyası başa çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisinin mərkəzində, Rustaveli prospektində keçirilən etiraz aksiyası sona çatıb. Aksiya iştirakçıları prospekti könüllü olaraq tərk ediblər.

Trend xəbər verir ki, çərşənbə günü Gürcüstan parlamenti yaxınlığında başlanan mitinq, noyabrın 28-dən bəri polis və xüsusi təyinatlılarla toqquşma olmadan keçirilən ilk aksiya olub. Təhlükəsizlik qüvvələrinə qarşı hər hansı təxribat baş verməyib, etirazçılar pirotexniki vasitələrdən istifadə etməyib və hüquq-mühafizə orqanlarına müxtəlif əşyalar atmadan aksiyanı dinc şəraitdə keçiriblər.

Təxminən yerli vaxtla saat 04:30-da etirazçılar könüllü olaraq Rustaveli prospektini tərk edərək aksiyanı yekunlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti