Bakı. Trend:
İsrail Suriya ordusunun Latakiyadakı mövqelərinə hücum təşkil edib.
Trend xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, “İsrailin zərbələri Suriya ordusunun Saqubein, Əl-Müşairifə və Latakiya limanında yerləşən obyektlərinə yönəlib”.
Bundan əlavə, Əl-Cəzirə telekanalı İsrail hərbi təyyarələrinin Suriyanın cənubunda yerləşən silah anbarına hücum etdiyini xəbər verib. Bildirilir ki, hücum Dəməşkdən 70 km cənubda, Dəra əyalətində yerləşən İzra şəhəri yaxınlığında baş verib.
Hava hücumu nəticəsində bir sıra partlayışların baş verdiyi qeyd olunur.