...

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası sona çatıb

Dünya xəbərləri Materials 10 Dekabr 2024 01:56 (UTC +04:00)
Gürcüstan parlamenti qarşısında etiraz aksiyası sona çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisinin Rustaveli prospektində Gürcüstan parlamenti yaxınlığında keçirilən növbəti anti-hökumət aksiyası dinc şəkildə başa çatıb. Etirazçılar gecə yarısına doğru prospekti tərk ediblər.

Trend xəbər verir ki, aksiyaya bir neçə min insan qatılıb. Noyabr ayının sonundan etibarən Tbilisinin mərkəzində hər gün etiraz mitinqləri təşkil olunur. Bu dəfəki aksiya da hər hansı insident olmadan keçib və parlament binasının ətrafında polis qüvvələri müşahidə edilməyib.

Etirazçılar parlament qarşısında quraşdırılmış Yeni il ağacına Avropa İttifaqını və ABŞ-ı hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasına qarşı sanksiyalar tətbiq etməyə çağıran plakatlar asıblar. Aksiyada həmçinin bir qrup etirazçı partiyanın qurucusu Bidzina İvanişvilinin təsviri olan tabutu parlamentin qarşısına gətirərək yandırıb.

Etirazlar gecə yarısından sonra sona çatıb, iştirakçılar ərazini tərk ediblər.

Xəbər lenti

Xəbər lenti