...

Türkiyədən Özbəkistana mebel ixracı 60 milyon dolları ötüb

Dünya xəbərləri Materials 11 Dekabr 2024 14:55 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz artaraq, 61,9 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-əTürkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Özbəkistana 7,1 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7 milyard 862 milyon 258 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azdılr” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 7 milyard 862 milyon 268 min dollar məbləğində mebel ixrac edib.

Xəbər lenti

Xəbər lenti