Bakı. Trend:
Dardanel boğazında güclü duman səbəbindən gəmi hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin dəniz məsələləri üzrə departamenti məlumat yayıb.
Səhər saatlarında boğaz ətrafında təsirini artıran duman dənizdəki görmə məsafəsinin azalmasına səbəb olub.
"Duman səbəbindən məhdud görüntü şəraiti yarandığına görə Dardanel boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb", - məlumatda qeyd edilib.
Qeyd edilib ki, dumanın təsirini itirməsindən sonra gəmi hərəkətinin normal rejimə qayıdacağı qeyd olunub.