...

Türkiyə 12 il sonra Dəməşqdəki səfirliyini yenidən aktivləşdirir

Dünya xəbərləri Materials 13 Dekabr 2024 03:54 (UTC +04:00)
Türkiyə 12 il sonra Dəməşqdəki səfirliyini yenidən aktivləşdirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Nuakşotdakı səfiri Burhan Köroğlu Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili vəzifəsinə təyin olunub.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada 53 illik Əsəd rejiminin süqutundan sonra Türkiyə 12 il əvvəl bağladığı Dəməşq səfirliyini yenidən fəaliyyətə başlayır.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, bu addım iki ölkə arasında diplomatik əlaqələrin bərpası istiqamətində atılıb.

Qeyd edək ki, Türkiyə səfirliyi Suriyada dinc nümayişçilərə qarşı zorakılıq aktlarının başladığı dövrdə fəaliyyətini davam etdirib. Lakin 26 mart 2012-ci ildə yaranan siyasi şərait səbəbindən səfirlik fəaliyyətini dayandıraraq Türkiyəyə qayıdıb.

Bu qərar Türkiyə və Suriya arasındakı münasibətlərin normallaşması prosesində mühüm addım kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti