...

Moldova parlamenti Reçan hökumətinin istefasını dəstəkləməyib

Dünya xəbərləri Materials 13 Dekabr 2024 07:31 (UTC +04:00)
Moldova parlamenti Reçan hökumətinin istefasını dəstəkləməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova parlamenti Reçan hökumətinə etimadsızlıq səsverməsini dəstəkləmədi

Trend xəbər verir ki, Moldova parlamenti müxalifətdə olan Kommunistlər və Sosialistlər Blokunun təşəbbüsü ilə baş nazir Dorin Reçanın hökumətinə etimadsızlıq səsverməsini dəstəkləməyib. Parlamentin mətbuat xidmətinin məlumatına görə, iclasda iştirak edən 73 deputatdan yalnız 18-i etimadsızlıq təşəbbüsünün lehinə səs verib.

“Etimadsızlıq səsverməsi lazımi sayda səs toplamadı. Hökumət parlamentin dəstəyinə malikdir”, - deyə Moldova parlamentinin sədri İqor Qrosu bildirib.

Səsvermə zamanı Reçan parlamentə hesabat təqdim etməli olsa da, çıxışında əsasən müxalifət, Rusiya və “Qazprom”u Moldova böhranında günahlandırmaqla diqqəti bu mövzulara yönəldib. Ötən il də BKS-nin təşəbbüsü ilə Reçan hökumətinə qarşı analoji etimadsızlıq səsverməsi keçirilmiş, lakin hökuməti dəstəkləyən Hərəkət və Həmrəylik Partiyasının parlamentdəki çoxluğu səbəbindən uğursuz olmuşdu.

Xəbər lenti

Xəbər lenti