...

Makron yeni baş nazir təyin etdi

Dünya xəbərləri Materials 13 Dekabr 2024 16:03 (UTC +04:00)
Makron yeni baş nazir təyin etdi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin yeni baş naziri təyin edib.

Trend “Yelisey sarayına”ya istinadən xəbər verir ki, Fransua Bayruya hökuməti formalaşdırmaq tapşırılıb.

Qeyd edək ki, mərkəzçi siyasətçi Fransua Bayru "Demokratik Hərəkat" partiyasının lideridir.

O, iki dəfə nazir vəzifəsini tutub: 1993-1997-ci illərdə təhsil naziri, 2017-ci ildə isə ədliyyə naziri olub.

Xatırladaq ki, 4 dekabr tarixində Fransa Milli Assambleyası keçmiş baş nazir Mişel Barniyenin hökumətinə etimadsızlıq göstərilməsi haqqında qətnaməni qəbul edib.

Qərarı 331 deputat dəstəkləyib. Qətnamənin qəbul olunması üçün 577 deputatdan ən azı 289 səs lazım idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti