...

Vaşinqtonda təyyarə qəzasından sonra 40 nəfərin cəsədi tapılıb

Dünya xəbərləri Materials 31 Yanvar 2025 08:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin paytaxtı Vaşinqtonda Ronald Reyqan Milli Hava Limanı yaxınlığında "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə ABŞ ordusuna aid "Black Hawk" hərbi helikopteri havada toqquşub.

Trend xəbər verir ki, nəticədə hər iki hava nəqliyyatı vasitəsi Potomak çayına düşüb. Hadisə nəticəsində 40 nəfərin həlak olduğu bildirilir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında hadisə ilə bağlı başsağlığı verərək, sağ qalanların olmadığını təsdiqləyib. O, həmçinin qəzanın səbəblərinin araşdırılacağını və aidiyyəti qurumların bu istiqamətdə iş apardığını bildirib.

Qəza ilə bağlı araşdırmalar davam edir. Təyyarənin qara qutuları tapılaraq müvafiq ekspertizaya göndərilib. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti