Bakı. Trend:
Donald Tramp administrasiyası ABŞ prezidentinin Qəzzaya köçürülməsi təklifi üçün Afrikadakı üç ərazini - Somalidəki tanınmamış Somalilend və Puntlend, eləcə də Mərakeşi nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə İsrailin "N12" televiziya kanalı xəbər verib.
Qeyd olunub ki, "bu üç ərazinin ortaq cəhəti ABŞ-nin dəstəyinə təcili ehtiyacdır", çünki "Somaliland və Puntlend beynəlxalq tanınmağa çalışır, Mərakeş isə Qərbi Saharada davam edən ərazi mübahisəsinə malikdir."
Bundan əvvəl D.Tramp deyib ki, Qəzza sakinləri Misir və İordaniyaya köçürülməlidir. Bir sıra ərəb ölkələri buna qarşı çıxdı.