...

ABŞ Prezidenti Donald Tramp odlu silah sahibliyi hüququnu təmin edən fərman imzalayıb

Dünya xəbərləri Materials 8 Fevral 2025 07:31 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp odlu silah sahibliyi hüququnu təmin edən fərman imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, ABŞ Konstitusiyasına daxil olan və odlu silah sahibliyi hüququnu təmin edən ikinci düzəlişin müdafiəsi ilə bağlı fərman imzalayıb.

Trend xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Fərmanın müddəalarına əsasən, ABŞ-nin ədliyyə naziri – baş prokuror Pem Bondiyə 30 gün ərzində Amerika hakimiyyətinin bütün əvvəlki sərəncam və normativlərini, həmçinin Vaşinqtonun daxil olduğu beynəlxalq sazişləri “ikinci düzəlişlə təmin edilən hüquqlara müdaxilə” baxımından araşdırmaq tapşırılıb.

Bondiyə həmçinin Ağ evin Daxili Siyasət Şurası ilə birlikdə “ikinci düzəlişlə təmin edilən bütün amerikalıların hüquqlarını qorumağa” yönəlmiş “prezidentin fəaliyyət planı”nı hazırlamaq tapşırılıb.

Gun Violence Archive qeyri-hökumət təşkilatının hesablamalarına görə, 2024-cü ildə ABŞ-də müxtəlif silahlı insidentlər nəticəsində 16,7 mindən çox insan həlak olub, 31,6 mindən çox insan isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti