Bakı. Trend:
Egey dənizində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Quruma görə, Yunanıstan adalarının sıx yerləşdiyi akvatoriyada baş vermiş zəlzələnin episentri Türkiyənin Muğla şəhərinin Bodrum rayonundan 136 km məsafədə olub.
Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:52-də qeydə alınıb.