Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.
Trend xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.
“Co Baydenin məxfi məlumatlara çıxışını davam etdirməsinə heç bir ehtiyac yoxdur. Buna görə də biz dərhal Co Baydenin məxfi məlumatlara buraxılışını ləğv edir və onun üçün gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq,” – Tramp qeyd edib.
“O, 2021-ci ildə kəşfiyyat icmasına ABŞ-nin 45-ci prezidentinin (yəni mənim!) adətən keçmiş prezidentlərə verilən milli təhlükəsizliklə bağlı məlumatlara çıxışını qadağan etməyi tapşıranda bu presedenti yaratdı. Xüsusi prokuror Robert Hurun məruzəsi göstərdi ki, Bayden “yaddaş problemi”ndən əziyyət çəkir və hətta onun “ən yaxşı vaxtlarında” belə ona məxfi məlumatları etibar etmək olmazdı. Mən həmişə milli təhlükəsizliyimizi qoruyacağam. Co, sən azadsan,” – Tramp bildirib.