...

Tramp “TikTok”un alqı-satqısı ilə məşğul olmağı tapşırdı

Dünya xəbərləri Materials 8 Fevral 2025 09:12 (UTC +04:00)
Tramp “TikTok”un alqı-satqısı ilə məşğul olmağı tapşırdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə Çinin “TikTok” sosial şəbəkəsinin ABŞ hissəsinin alqı-satqısında vasitəçi olmağı tapşırıb.

Trend xəbər verir ki, bu haqda “NBC News” hökumətdən olan mənbələrə istinadən məlumat yayıb.

Telekanalın əldə etdiyi məlumata görə, məşhur sosial şəbəkənin satışı aprel ayına qədər gerçəkləşəcək. Potensial sövdələşmə üzərində Venslə bərabər milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltzun işləyəcəyi bildirilir.

Amerika hökuməti “TikTok”u və onun istifadəçilər barədə məlumat toplamasını milli təhlükəsizliyə təhdid hesab edir. Bu arada, sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” şirkəti Pekin israrla tələb etsə belə, istifadəçilər barədə məlumatları Çin hökumətinə ötürməməyə söz verib.

Bundan əvvəl Trampın 30 gün ərzində “TikTok”un ABŞ-dəki aqibətini həll edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti