Bakı. Trend:
Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvinn şəxsi "WhatsApp" qrupunda etdiyi təhqiramiz şərhlərə görə vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, bu barədə Britaniya baş nazirinin Kir Starmerin nümayəndəsinin yaydığı bəyanatda deyilib.
"Baş nazir dövlət qulluğunda yüksək davranış standartlarını saxlamağa və işləyən insanlara xidmət edən hökumətə rəhbərlik etməyə sadiqdir. O standartlara cavab verməyən nazir vəzifəsində olan hər hansı siyasətçiyə qarşı tədbir görməkdən çəkinməyəcək, və ele bunu da elədi", - deyə K.Starmerin nümayəndəsi bildirib.