...

Tramp şahzadə Harrini deportasiya etməyəcəyinə söz verdi

Dünya xəbərləri Materials 9 Fevral 2025 06:17 (UTC +04:00)
Tramp şahzadə Harrini deportasiya etməyəcəyinə söz verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Britaniya şahzadəsi Harrini, onun vizasına görə məhkəmə prosessinə baxmayaraq, deportasiya etmək fikrində olmadığını bildirib.

Trend-in məlumatına görə, bu barədə "The New York Post" nəşri xəbər verib.

"Mən bunu etmək istəmirəm. Mən onu rahat buraxacam. Onun həyat yoldaşı ilə olduğu kimi kifayət qədər problemləri var", - deyə D.Tramp bildirib.

D.Tramp həmçinin Harrinin böyük qardaşı vəliəhd şahzadə Uilyamı tərifləyərək onun “yaxşı gənc olduğunu” deyib. Amerika prezidenti Uilyam ilə dekabrda Parisdə Notr-Dam kilsəsinin açılışı münasibətilə keçirilən mərasimdə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti