...

Türkiyə Ukraynada sülhün olacağına dair ümidlərini itirməyib - Ərdoğan

Dünya xəbərləri Materials 10 Fevral 2025 00:10 (UTC +04:00)
Türkiyə Ukraynada sülhün olacağına dair ümidlərini itirməyib - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Ukraynada sülhün olacağına dair ümidlərini itirməyib.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanında jurnalistlər üçün mətbuat konfransında deyib.

“Biz sülhə ümidimizi itirməmişik. İtirmək də istəmirik. Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlara hazır olduğunu eşitdik. ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin verdiyi mesajları alqışlayırıq. Türkiyə olaraq bizim üzərimizə düşəni etməyə hazırıq. Ona görə də ümidimizi itirməmişik, yox”, - o bildirib.

Eyni zamanda, R.T.Ərdoğan ABŞ prezidentinin Qəzza zolağı ilə bağlı təklifinə də münasibət bildirib.

“Bizim tərəfimizdən diqqətə və müzakirə dəyəcək heç bir tərəfi yoxdur”, - o bildirib.

Xatırladaq ki, daha öncə D.Tramp Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə Qəzza zolağına uzunmüddətli nəzarət etməyi düşündüyünü açıqlamışdı. O anklavdan fələstinlilərin regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu qeyd etmişdi. Tramp bildirmişdi ki, ABŞ lazım bildiyi təqdirdə Qəzzaya öz qoşunlarını göndərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti