...

Estoniya lideri Avropanı Rusiyaya qarşı ticarət embarqosuna çağırdı

Dünya xəbərləri Materials 10 Fevral 2025 13:43 (UTC +04:00)
Estoniya lideri Avropanı Rusiyaya qarşı ticarət embarqosuna çağırdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya prezidenti Alar Karis Avropa İttifaqını Moskvadan enerji “müstəqilliyini daha da möhkəmləndirməyə” və Rusiya ilə ticarət əlaqələrini tam olaraq kəsməyin mümkünlüyünü nəzərdə keçirməyə çağırıb.

Trend xəbər verir ki, bu haqda estoniyalı dövlət başçısı “X” sosial şəbəkə hesabında yazıb.

“Avropa İttifaqı öz müstəqilliyini daha da möhkəmləndirməli və Avropa İttifaqına bütün rus enerjidaşıyıcılarının idxalını dayandırmalıdır. Biz hətta Rusiyaya qarşı tam ticarət embarqosunun tətbiqinin mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirməliyik”, - Karis yazıb.

Qeyd edək ki, bundan əvvəl fevralın 9-da Latviya prezidenti Edqar Rinkeviç, Litva, Latviya və Estoniyanın Avropanın elekektrik şəbəkə sisteminə qoşulduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti