...

Terrorçular süni intellektdən sui-stifadə edə bilər - “Google”un keçmiş rəhbəri

Dünya xəbərləri Materials 13 Fevral 2025 17:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Terorrçular və ya “təcrid olunmuş dövlətlər” dinc insanlara ziyan vurmaq üçün süni intellektdən sui-istifadə edə bilər.

Trend xəbər verir ki, bunu “Google” korporasiyasının keçmiş baş icraçı direktoru Erik Şmidt BBC-yə verdiyi müsahibədə bildirib.

Şmidt süni intellektin ekstremal riskləri ilə bağlı narahatlığını ifadə edib. 2001-2017-ci illərdə “Google”ın başında olmuş milyarder, Şimali Koreya, İran və hətta Rusiya kimi dövlətlərin bioloji silahlar yaratmaq üçün süni intellekt texnologiyalarından sui-istifadə edə biləcəyini dilə gətirib.

“Şər niyyətlər güdən Şimali Koreyanı və ya İranı, hətta Rusiyanı düşünün. Onlar bu texnologiyaları kifayət qədər tez mənimsəyib ondan sui-istifadə edə bilə və real ziyan vura bilərlər”, - deyə Şmidt müsahibədə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti