...

İspaniyada Rusiyaya qarşı embarqonu pozmaqda şübhəli bilinən beş nəfər saxlanılıb

Dünya xəbərləri Materials 13 Fevral 2025 20:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyanın milli polisi Rusiyaya kimya məhsulların tədarükünə qarşı Avropanın tətbiq etdiyi embarqonu pozmaqda şübhəli bilinən beş nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə İspaniyanın hüquq-mühafizə orqanlarının press-relizində məlumat verilir.

Məlumata görə, “qanunsuz malların qaçaqmalçılığında iştirak etməkdə” şübhəli bilinən şəxslər Barselona və Valensiyada saxlanılıblar. Əməliyyat 2024-cü ilin oktyabr ayında Barselona dəniz limanından 13 tona yaxın kimyəvi məhsulun müsadirə olunması ilə nəticələnmiş əməliyyatla əlaqəli olub .

“İkinci mərhələdə Rusiyaya kimyəvi məhsulların qanunsuz ixracı ilə bağlı yeni hallar təsdiqini tapıb”, - məlumatda deyilir.

Polis idarəsi istintaqın davam etdirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti