Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarlarına deyib ki, ABŞ Ukrayna üzrə sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" mənbələrə istinadən bildirib.
"Dövlət katibi Rubio avropalı müttəfiqlərinə bildirib ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ən azı Ukraynadakı münaqişəyə son qoymaq üçün razılıq əldə olunana qədər qüvvədə qalacaq", - deyə qeyd olunub.
Məlumata əsasən, ABŞ dövlət katibi bu barədə fevralın 18-i Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşdən sonra telefon danışığı zamanı "Avropalı həmkarlar qrupuna" bildirib.