...

Hindistanda fişənglərin partlaması nəticəsində 30-dan çox yaralanıb

Dünya xəbərləri Materials 19 Fevral 2025 08:50 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Kerala ştatının Malappuram şəhərindəki stadionda futbol matçı öncəsi fişənglərin partlaması nəticəsində 30-dan çox insan xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "NDTV" televiziya kanalı polisə istinadən bildirib.

Fişənglər tamaşaçıların olduğu tribunada partlayıb. İnsanların üzərinə qığılcımlar düşdü. Zərərçəkənlər ən yaxın xəstəxanaya aparılıb.

Polis tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti