...

Avropa İttifaqı Rusiyaya oyun konsollarının satışını qadağan etməyə hazırlaşır

Dünya xəbərləri Materials 19 Fevral 2025 14:59 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaq Rusiyaya qarşı sanksiyaların 16-cı paketinə oyun konsollarının, kontrollorlarının və coystiklərinin satışının bu ölkə ərazisində qadağan edilməsini daxil edəcək.

Trend xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan avropalı diplomata istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, rusiyalı hərbi qulluqçular pilotsuz uçuş aparatlarının idarə olunması üçün həmin videooyun cihazlarından istifadə edə bilər.

Qeyd edək ki, 2022-ci ildən etibarən Rusiyada oyun konsolları paralel idxal çərçivəsində tədarük olunur, belə ki, onlar daha birbaşa Rusiyaya idxal edilmir. Bir çox brendlərin Rusiyadan çıxmasına baxmayaraq, yerli şəbəkələr hələ də “PlayStation 5”, “Xbox Series X/S”, “Nintendo Switch” və digər aparıcı oyun konsollarının satışını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti