Bakı. Trend:
Böyük Britaniya hökuməti fevralın 24-də Ukraynaya növbəti hərbi yardım paketini və Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək.
Trend-in məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzeti xəbər verib.
"Həmişə bəyan etmişik ki, istər danışıqlara başlamaq, istərsə də hərbi əməliyyatları davam etdirmək mövqeyi olsun, Ukraynanın ən güclü mövqe tutmasına kömək etmək istəyirik", - deyə Britaniya hökumətindəki mənbə bildirib.
"Bu variantlardan hansının müzakirə olunacağını hələ bilmirik. Bununla belə, Ukraynaya yardımı davam etdirmək düzgün olardı", - deyə o əlavə edib.