...

Papa Fransiskin vəziyyəti ağır olaraq qalır

Dünya xəbərləri Materials 23 Fevral 2025 23:44 (UTC +04:00)
Papa Fransiskin vəziyyəti ağır olaraq qalır

Bakı. Trend:

İkitərəfli pnevmoniya keçirən Papa Fransiskin vəziyyəti ağır olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib.

Məlumata əsasən, 88 yaşlı Roma Papasında böyrək çatışmazlığının əlamətləri müşahidə olunur.

"Roma Papasının vəziyyəti kritik olaraq qalır, baxmayaraq ki, o, [bir gün əvvəl olduğu kimi] tənəffüs böhranını təkrarlamayıb. Bəzi qan testləri indi nəzarət altında olan erkən yüngül böyrək çatışmazlığını göstərir. Burun boruları vasitəsilə yüksək axınlı oksigen terapiyası davam edir", - deyə qeyd olunub.

Papanın huşunun yerində olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti