Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskinin əlavə hava hücumundan müdafiə sistemləri xahişinə müsbət cavab verib.
Trend-in məlumatlna görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun birgə bəyanatında deyilib.
Bəyanatı Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə oxuyub.
Bildirilib ki, Zelenski hava hücumundan müdafiə sistemlərinin, xüsusən də əlavə “Patriot” sistemlərinin göndərilməsini xahiş edib. "Və Prezident Tramp, xüsusən də Avropada mövcud olanlar üzərində işləməyə razılıq verdi", - deyə qeyd edilib.