...

Rusiya ilə ABŞ arasında yeni danışıqlar nazirlər səviyyəsində baş tutmayacaq - Dövlət Departamenti

Dünya xəbərləri Materials 20 Mart 2025 03:34 (UTC +04:00)
Rusiya ilə ABŞ arasında  yeni danışıqlar nazirlər səviyyəsində baş tutmayacaq - Dövlət Departamenti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların yeni raundu nazirlər səviyyəsində baş tutmayacaq.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat katibi Tammi Bryus jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Bunlar yüksək vəzifəli şəxslər olacaq. Sizə deyə biləcəyim təkcə bunlardır. Nazirlik səviyyəli şəxslər deyil. Bunlar texniki çərçivəni [Ukraynada mümkün atəşkəs razılaşmasını] müzakirə edən yüksək səviyyəli rəsmilər olacaq", - deyə o bildirib.

"Bu, yaxın günlərdə baş tutacaq", - deyə T.Bryus qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti