Bakı.Trend:
Bütün Suriya ərazisində internetin kəsilməsi haqda məlumat yayılıb.
Trend xəbər verir ki, bu barədə internetin monitorinqini aparan “NetBlocks” beynəlxalq xidməti yazır.
“Real rejimdə əldə olunan şəbəkə məlumatları onu göstərir ki, Suriya ərazisində bütövlükdə internet kəsilib. Bu bir neçə şəhərin telekommunikasiya sistemlərinin işində pozuntuların olduğunu təsdiq edir”, - xidmətin “X” səhifəsində qeyd olunur.