...

Ermənistanın KTMT-dəki aqibətinə aydınlıq gətirilib

Dünya xəbərləri Materials 25 Mart 2025 12:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətdə öz mövqeyini yenidən nəzərdən keçirmək niyyətində deyil.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“KTMT ilə bağlı nəyi nəzərdən keçirməliyik ki?! Əslində KTMT özü baxmalıdır ki, görsün o ümumiyyətlə mövcuddur ya yox. Əgər mövcuddursa, onun sərhədlərinin hardan keçdiyini və nə etməli olduğunu, nələri isə etmədiyini bəyan etməlidir”, - Simonyan vurğulayıb.

O həmçinin, baş nazir Nikol Paşinyanın tapşırığı ilə ölkə qurumlarının Rusiya tərəfdaşları ilə əməkdaşlığı fəallaşdırmağa başladığı barədə yayılan məlumatları təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti